Hərbi-Gürcüstan yolu selə görə bağlanıb

Gürcüstanda baş verən sel səbəbindən Hərbi-Gürcüstan yolunda bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Gürcüstan ərazisində baş vermiş sellə əlaqədar olaraq avtomobillərin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzdür, Vladiqafqazla Lars arasındakı ərazidə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, - məlumatda deyilir.
Məhdudiyyətlər növbəti xəbərdarlığa qədər tətbiq ediləcək.
Qeyd edək ki, Hərbi-Gürcüstan yolu yüksək dağlıq ərazilərdən keçir və bu, hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.