Rusiya ilə saziş şeytanla sazişə bərabərdir - Podolyak

Müharibənin dayandırılması üçün Rusiya ilə müqavilə bağlamaq şeytanla müqavilə imzalamağa bərabərdir.

Axar.az xəbər verir ki, bu sözləri "Assoşeyited Press"ə müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O bildirib ki, belə bir müqavilə Rusiya lideri Vladimir Putinə ordusunu gücləndirmək və müharibənin yeni, potensial olaraq daha qəddar mərhələsinə başlamaq üçün yalnız vaxt qazandıracaq.