Blinken Laosda Vanq Yi ilə görüşəcək

ABŞ Dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi arasında görüşün keçirilməsi nəzərdə tutulur.
Axar.az xəbər verir ki, bununla bağlı Çin XİN-in nümayəndəsi Mao Ninq məlumat yayıb.
Məlumatda görüşün Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Laosda keçirilən sammiti çərçivəsində təşkil ediləcəyi bildirilib.