Sumqayıtda yaşayış binasında yanğın baş verdi

Sumqayıtda yaşayış binasında yanğın olub.

Axar.az xəbər verir ki, hadisə 3-cü mikrorayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.

Məlumatla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.