Biləsuvarda ilk dəfə olaraq innovativ üsulla qarpız yetişdirilib

Bu il Biləsuvar rayonunda ilk dəfə olaraq suvarılmayan torpaqlarda müasir innovativ üsulların tətbiqi ilə bostan bitkilərindən olan qarpız yetişdirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, aprel ayının əvvəlindən 10 hektarlıq sahədə müasir əkin texnologiyası ilə torpağa basdırılan qarpız toxumu damla suvarma sistemləri ilə becərilir.
Qarpızın “Qrandis şirin-F1, "Qrandis-F1 kalistan” kimi növləri becərilir.
Qeyd edək ki, bu il Biləsuvar rayonunda ümumilikdə 100 hektara yaxın sahədə bostan bitkiləri əkilib. Ötən il sahələrdən 12 430 ton məhsul əldə olunub.