"Eyüpspor"un direktoru olan Arda Turan ailəsi ilə birlikdə istirahətə yollanıb.
Sherg.az xəbər verir ki, lüks qayığı ilə Bodrum –Cənnət körfəzində lövbər salan Turan bir gün əvvəl üz üstü uzanaraq üzən estakadada günəş vannası qəbul edərkən kameralara tuş gəlib.
İstidən boğulan zaman özünü sərin sulara atan, sonra duş qəbul edərək göyərtəyə çıxan Arda Turanı həyat yoldaşı Aslıhan Doğan Turan dəsmal ilə qarşılayıb. Daha sonra cütlük nahar edib.
Həmin vaxt onların oğlu Asil Aslan dayəsi ilə oynayırmış.