Ağstafada avtomobil qəzası olub

Ağstafa şəhərində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.