“Ermənistan həqiqətən də sülh prosesinə əngəllər törətməklə məşğuldur. Eyni zamanda Sabotaj taktikası həyata keçirilir”
Bu fikirləri “Sherg.az”a açıqlamasında Tofiq Abbasov Kirantsda Azərbaycan və Ermənistan sərhədçiləri arasında iki insidentin yaşandığı barədə yayılan xəbərin həqiqətə uyğun olmadığını və təxribat xarakteri daşıdığını şərh edərkən bildirib.
O qeyd edib ki, Qərb xüsusilə Amerika Bişləşmiş Ştatları və Fransa Ermənistanı öz çənglərinə alıblar:
“Onlar çalışırlar ki, Ermənistanı etibarlı şəkildə həm himayə etsinlər, həm də öz istəklərini ona sırısınlar. Digər tərəfdən hərbi-siyasi sahədə Ermənistandan satenikləri kimi istafadə etmək istəyirlər. Buna görə də regionda vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlərin yayılması onların məqsədlərinə xidmət edir. Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesləri təşəkkül tapsa da, sülhlə bağlı heç bir irəliləyiş yoxdur. Sərhəddə təxribatı kimin törətməsinin Qərb üçün əhəmiyyəti yoxdur. Çünki bölgədə sabitliyin pozulması Qərbin əsas məqsədidir. Ermənistan isə bu vəziyyətdən sui-istifadə edərək silah-sursat cəbhəxanalarını doldururlar. Guya Ermənistan faktiki olaraq suveren dövlətdir. Əgər Ermənistan suveren dövlətdirsə, niyə Amerikanın yüksək rutbəli Pentagonun nümayəndələri və generalları onun ordusunun Baş Qərargahında oturur? Bu göstərir ki, Fransa, Amerika və Avropa İttifaqı Cənubi Qafqazda sülh prosesinin iflic vəziyyətinə düşməsinə və Azərbaycan-Ermənistan arasında danışıqlar prosesi aradan qaldırılmasına çalışır. Süni şəkildə qondarma Ermənistan dövləti yaratdılar ki, ondan istifadə etsinlər. Buna görə də sözügedən təxribatlar təsadüf deyil, düşünülən addımlardır”.
Analitik vurğulayıb ki, Kollektiv Qərb postsovet məkanının bu həssas bölgəsində öz fiziki mövcudluğunu təmin etməyə və gələcəkdə Rusiya, İran hətta Türkiyəyə qarşı hücum strategiyasını həyata keçirməyə çalışacaq:
“Azərbaycan isə bölgədə güclü dövlətdir. Əgər Ermənistan Azərbaycan münasibətdə qırmızı xətləri aşarsa, mütləq şəkildə cavabını alacaq. Ermənistan müharibədə məğlub olan tərəf olaraq özünü normal aparmalıdır. Əgər Ermənistan heç nəyə məhəl qoymadan özünü yenə yekəxana aparacaqsa, layiqli cavablarını görəcəklər. Hətta rəsmi Bakının maraqlarına təhdidlər törədəcəklərsə, Ermənistan ərazisində müxtəlif hədəflər Azərbaycan tərəfindən atəşə tutula bilər”.