Dünya da bilir: “Paşinyanın rəhbərliyi ilə ermənilər faşizm və terrorizm ideologiyası ilə hərəkət edir”


“Ermənistan baş nazirinin babasının Hitler Almaniyası tərəfində Sovet İttifaqına, sülhə, əmin-amanlığa qarşı döyüşməsi faktı ermənilərin milli xislətinin, irsi əlamətlərin növbəti nümunəsidir”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. 
Deputat vurğulayıb ki, erməni saxtakarlığının kökü ta qədimlərə gedib çıxır: 

“Bu millətin nümayəndələri əlləri qələm tutan kimi özlərinə yalanla, saxtakarlıqla dolu tarix quraşdırmağa çalışırlar. Azərbaycan yurdlarını öz torpaqları kimi qələmə vermələri, tariximizə, milli mətbəximizə, musiqilərimizə, tarixi şəxsiyyətlərimizə yiyə çıxmaları erməni yalanının, riyakarlığının ən bariz nümunələrindəndir. Belə faktlar çoxdur. 

Bu dəfə erməni saxtakarlığına, yalan üzərində qurulan tarixə Ermənistanın baş naziri Nikol Paşinyan öz imzasını atıb. Baş nazir 9 May - Qələbə Günündə Feysbuk sosial şəbəkəsində İkinci Dünya müharibəsində iştirak etmiş babasının fotosunu paylaşıb. Bu dəfə babasını Sovet İttifaqı Qəhrəmanı elan etmək istəyən Nikol Paşinyanın niyyəti baş tutmayıb. 

Ermənistan ictimaiyyətinin nümayəndələri baş nazirin paylaşımına dərhal reaksiya verərək bildiriblər ki, onunla eyni ad-soyadı daşıyan babası 1943-cü ildə faşist cəlladı Qaregin Njde ləqəbli nasist əlaltısı Qaregin Ter-Arutyunyanın legionunda Hitler Almaniyası tərəfdən vuruşub. Paylaşım Rusiya ekspertləri tərəfindən də tənqid olunub. Bu, xəyanəti həyat tərzinə çevirmiş ermənilərin iç üzünün növbəti ifşası olub”.

Parlament üzvü bəyan edib ki, erməni baş nazirin faşist əlaltısı olan babasını təqdim etməsi bir daha təsdiq etdi ki, babası kimi Paşinyan da faşist ideologiyasından bəhrələnir: 

“Bu gün bütün dünya Nikol Paşinyanın rəhbərliyi ilə ermənilərin faşizm, nasizm, terrorizm ideologiyası ilə hərəkət etdiyini yaxşı bilir. 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq, bir daha dünyaya bəyan etdi: “Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”. Artıq beynəlxalq ictimaiyyət erməni faşizmindən xəbərdardır”.