“Neftin qiyməti gözlənildiyindən də sürətlə bahalaşır”- Təsir edən amillər...

Birjalarda neftin qiyməti sürətlə bahalaşır. Artıq  Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar artaraq 34,76 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 31,97 dollar təşkil edib.



İqtisadçı-ekspert Pərviz Heydərov “Sherg.az”a açıqlamasında bu tendensiyaya təsir edən amilləri qeyd edib:

“Neftin qiyməti gözlənildiyindən də sürətlə bahalaşır. Buna bir neçə səbəb var. Birincisi, ölkələrdə karantin rejimi götürüldükcə iqtisadi fəallıq bərpa olunur. İkincisi, OPEC+ ölkələrinin qərarı artıq, icra edilir. Üçüncüsü, bazarlarda izafi neft kütləsi genişlənmir, əksinə tədricən əriyəməyə başlayıb. Bütün bunlar sabitləşmə üçün müsbət amillərdir. Amma proqnoz vermək hələ tezdir”.