Nazir müavini: Macarıstan şirkətləri Qarabağa yatırım etməkdə maraqlıdırlar

Macarıstanın Azərbaycana yatırımları 1 mlrd. dollara çatıb.

“APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.


Macarıstan şirkətlərinin yatırımları xidmət, ticarət və nəqliyyat sektorlarını daha çox əhatə edib və 18 şirkət fəaliyyət göstərir. Macarıstan şirkətləri Azərbaycana investisiya maraqlarını artırıblar. Qarabağda fəaliyyət göstərməkdə də maraqlıdırlar".
S. Bəşirli əlavə edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin tam potensialı reallaşdırılmayıb.