Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş COP29 beynəlxalq iqlim konfransı çərçivəsində Bakıda olarkən COP29 Azərbaycan Əməliyyat Şirkətinin işçi heyəti və COP29 könüllüləri ilə xatirə fotosu çəkdirib.
Axar.az xəbər verir ki, Baş katib tədbirin təşkilatçılığında göstərilən peşəkarlığı və könüllülərin verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib.