“Həzi Aslanov” stansiyasına birbaşa gediş-gəliş bərpa olundu

"Bakı Metropoliteni" QSC-nin “İçərişəhər–Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa olunub.

Sherg.az xəbər verir ki, bununla da "Həzi Aslanov" - "Əhmədli" mənzilindəki məkik hərəkət ləğv edilib.

Qeyd edək ki, "Həzi Aslanov" metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə 2024-cü il noyabrın 30-dan başlanılmışdı.