Nərimanov rayonunda ana və azyaşlı övladını maşın vurdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Aliyə Seyidəliyeva və azyaşlı oğlu Ömər Seyidəliyevi avtomobil vurub.
Hər iki şəxs xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.