“Lill”in üç futbolçusunda koronavirus aşkarlandı


Fransanın “Lill” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.

Qol.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin baş məşqçisi Kristof Qaltye məlumat verib.

O, yerli mətbuata açıqlamasında Renato Sançes, Conatan İkone və Conatan Bambadan götürülən koronavirus testinin müsbət nəticə verdiyini bildirib. Hazırda onların xüsusi karantin rejimində müalicəsi davam etdirilir.

Qeyd edək ki, “Lill” koronavirus pandemiyasına görə başa çatdırılmayan Liqa 1-in 2019/20 mövsümündə 4-cü yeri tutduğu üçün Avropa Liqasında iştirak hüququ qazanıb.