Çavuşoğludan Azərbaycanla bağlı paylaşım - Foto


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında Azərbaycanla bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, nazir Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin onun üçün hazırladığı təşəkkür videosunu paylaşaraq “Can qardaşlarımıza canımız fəda” sözlərini yazıb.

Çavuşoğlu paylaşımına Türkiyə və Azərbaycan bayraqlarını da əlavə edib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təqdim etdiyi videoda Türkiyə XİN rəhbəri M.Çavuşoğluya ermənilərin Tovuz təxribatı zamanı sərgilədiyi qəti mövqeyə görə təşəkkür edilib.