Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif olundu

Şahbaz Musa oğlu Muradov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
APA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Ş. Muradov Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.