Lukaşenko səslərin 80,23 faizini toplayıb - İlkin nəticə

Belarusda prezident seçkilərində ilkin nəticələrə görə Aleksandr Lukaşenko səslərin 80,23 faizini toplayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri bildirib.
Belarus Prezidentinin əsas rəqibi Svetlana Tixanovskya isə 9,9 faiz səs toplayıb.