"İstilik stresi"də gəlir

Bütün insanlarda orqanlarının dayanacağını demək düzgün deyil

Dünyadakı milyonlarla insanın qlobal istiləşmə səbəbiylə orqanlarının dayanmasına səbəb ola biləcək təhlükəli “istilik stresi” nə məruz qalacağı iddia edilib. İngiltərə Meteoroloji İdarəsi tərəfindən edilən bir araşdırmada, önümüzdəki illərdə istiliyin 32 dərəcədən çox olacağı günlərin sayı barədə məlumatların əldə olunduğu bildirilib.

“İstilik stresi”ində halsızlıq, ürək bulanması və qıcolma kimi simptomlar olduğu halda bunlara məhəl qoymamaq, bədənin bəzi orqanlarının dayanmasına səbəb ola biləcəyi qeyd edilib. “İstilik stresi” bədənin istiliyini həddindən artıq isti mühitdə sabit saxlamaq üçün səy göstərir. Bədən istiliyi lazımi səviyyədən yüksək olduğu təqdirdə ürək-damar sistemi yorulub istilik vurması, isti ilə bağlı yorğunluq, istilik spazmı və bəzi həyati orqanların dayanmasına gətirib çıxara bilər.

Məsələ ilə bağlı münasibətini “Şərq”ə bildirən həkim-terapevt Günel Seyidli bildirib ki, qlobal istiləşmənin yaratdığı “istilik stresi”nin orqanların sıradan çıxarılması qaçılmaz haldır:

“Əlbəttə, bütün xəstəliklərin başında duran əsas səbəb stresdir. Amma qloballaşma probleminin yaratdığı “istilik stres”i səbəbindən bütün insanlarda orqanlarının dayanacağını demək düzgün deyil. Çünki hər bir orqanizmin öz fərqli xüsusiyyətləri var. Ümumiyyətlə, stresə daha çox meyilli olanların hər zaman immun sisteminin zəiflədiyini müşahidə edirik.

Bu səbəbdən də onların xəstəliyə yoluxma ehtimalları digər insanlara nisbətən daha çox olur. Hazırda pandemiya səbəbindən bizdə sağalan xəstələr var ki, indi güclü psixoloji sarsıntılar keçirirlər və nevroloji müalicə olunurlar.

Yəni onlarda hələ də bu qorxu hissi qalıb. Baxmayaraq ki, neqativ çıxıb, sağalıblar. İnsanlar hər zaman ağrılara qarşı psixoloji cəhətdən özlərini tarazlamalıdırlar. Bir həkim kimi tövsiyə edərdim ki, mümkün qədər stresdən uzaq olsunlar.

Pozitiv olmağa çalışsınlar. Kitab oxusunlar, tez-tez açıq havada olsunlar, piyada gəzsinlər, xüsusilə də musiqiyə qulaq assınlar.

Retro və sakit musiqilərini daha çox dinləsinlər. Ən başlıcası isə neqativ xəbərlərdən uzaq dursunlar.

Cinayət, kriminal xəbərlərini mümkün qədər oxumasınlar. Yuxu rejimlərinə nəzarət etsinlər, "fast fud" qəti şəkildə yeməsinlər, aktiv həyat tərzinə keçsinlər. Ən əsası, internet və sosial media şəbəkələrindəki məlumatların aludəçisi olmasınlar”.