Qərargah: İri ticarət mərkəzlərinin açılması ilə bağlı yekun qərar yoxdur

“Hazırda iri ticarət müəssisələrinin açılması ilə bağlı yekun qərar yoxdur”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, mərhələli şəkildə açılmalara gedilir, növbəti məqama keçidlə bağlı qərarlar qəbul edilir: “Vətəndaşların ictimai fəallıq və qaydalara nəzarət etməsindən asılı olaraq növbəti vaxtlarda bununla bağlı qərar qəbul ediləcək”.