"Ermənistanın dövlət terroruna ortaq olanlar bilməlidir ki..." - Mustafa Şəntop

“Bütün dünya, xüsusən də Ermənistanın dövlət terroruna ortaq olanlar bilməlidir ki, Azərbaycan Türkiyə üçün dost bir ölkə, sadəcə yaxın coğrafiya deyil. Eyni zamanda könül coğrafiyasıdır, tale coğrafiyasıdır”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.
“Türkiyə hər zaman maddi, mənəvi bütün gücü ilə Azərbaycanın yanındadır və bir an belə tərəddüd etmədən hər zaman yanında olmağa davam edəcəkdir”, - deyə Türkiyə parlamentinin sədri qeyd edib.