Ekspert deputatla razılaşmır: “ Ayrıca xaricidilli kanala ehtiyac yoxdur”

“Sadəcə “CBC” və digər kanallarımızı təkmilləşdirmək kifayətdir”

“Azərbaycanda xaricidilli televiziyaların yaradılması çox yaxşı olar. Əcnəbi dillərdə verilişlər hazırlansın, sonra onlar “Youtube” platformasında paylaşılsın”. Bu sözləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı danışan millət vəkili Razi Nurullayev deyib. O, indiki məqamda belə bir təşəbbüsün vacib olduğunu düşünür.


Təklifi “Sherg.az”a dəyərləndirən media eksperti Zeynal Məmmədli qeyd edib ki, ölkəmizdə belə bir kanal var:

“CBC”in işi məhz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdan ibarətdir. Bu kanal müxtəlif dillərdə yayımlanır. Hətta ayrı-ayrı kanallarımız da bu istiqamətdə fəaliyyət göstərir. Yəni ayrıca kanala ehtiyac yoxdur. Sadəcə “CBC” və digər kanallarımızı təkmilləşdirmək kifayətdir”.