"Liverpul"da Van Deyk şoku yaşanır


“Liverpul”un futbolçusu Vircil van Deyk mövsümün sonunadək yaşıl meydanlardan kənarda qala bilər.
 
Qol.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Premyer Liqanın 5-ci turunda “Everton”la matçda (2:2) zədələnib. Hollandiyalı oyunçunun dizində çarpaz bağların qırıldığı məlum olub.
 
Van Deykin mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcəyi ehtimal olunur.

Qeyd edək ki, V.Van Deyk “Liverpul”a 2018-ci ildə “Sauthempton”dan keçib.