Qazaxıstan Azərbaycanın dərdini bölüşdü

 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan səfirliyi Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Qazaxıstan səfirliyinin "Facebook" səhifəsində yerləşdirilib.

"20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan səfirliyi Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və azadlıq naminə həlak olmuş günahsız qurbanların əziz xatirəsini ehtiramla yad edir", - deyə məlumatda bildirilib.