Cavid Qurbanov: “Qəbələyə çəkilən dəmir yolu xətti hazırdır”


Qəbələ rayonuna – “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi istiqamətində çəkilmiş dəmir yolu xətti artıq hazırdır”. 

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. 

O bildirib ki, açılış üçün dəqiq tarix hələ məlum deyil: “Prezident İlham Əliyev açılışla bağlı nə vaxt qərar versə o zaman dəmir yolu xəttinin açılışını edəcəyik”.