16 il əvvəl qətl edilib, amma... - Qatilin izinə düşüblər

16 il əvvəl əməliyyat otağında öldürülən katib Mualla İrmaq cinayətində yeni irəliləyişlər qeydə alınıb. Onun təcavüzə məruz qaldığı və onun üzərində DNT analizi aparan həkim M.A haqqında istintaq aparılmadığı məlum olub.


 “Sherg.az” xəbər verir ki, 42 yaşındakı Mualla İrmağın cəsədi 25 Mart 2005-ci ildə yanında katib çalışdığı ginekoloq M.A-nın əməliyyat otağında tapılıb.
Ayaqları və ağzı “skoç”la bağlanan və 23 yerindən bıçaqlanan M.İrmağın ölmədən öncə zorakılığa məruz qaldığı müəyyənləşdirilib. Olayın ardınca geniş miqyaslı istintaq başladılıb. Lakin məhkəmə uzun illərdir, bir şübhəli təsbit etməyib.

2016-cı ildə yenidən işlərə başlayan məhkəmə Mualla İrmağın paltarındakı DNT-nin Sərxan G-ya aid olduğu məlum olub. Həbs olunan S.G-ya  “ Qəsdən adam öldürmə”, “Təcavüz” cinayətlərindən ömürlük həbs və 10 illik azadlıqdan məhrum edilmə cəzası verilib. Amma sənəd araşdırılarkən S.G həbsxanada infraktdan dünyasını dəyişdiyi üçün istintaq dayandırılıb.

Cümhuriyyət Məhkəməsi Mualla İrmağın ağzının bağlanılmasında istifadə olunan “skoç”dakı barmaq izinin sahibini tapmaq üçün yenidən çalışmağa başlayıb.

Araşdırmaların nəticəsində barmaq izinin 6 ədəd fərqli saxta vəsiqə işlədən İraq vətəndaşı Məhəmməd Kamal M.B-yə aid olduğu müəyyənləşdirilib. Ötən ilin dekabrında həbs olunan şübhəli haqqında “ Qəsdən adam öldürmə və təcavüz” kimi cinayətlərdən ağırlaşdırılmış həbs cəzası istənilib.
2005-ci ildə Ekspertiziyanın sənədində gənc qadının təcavüzə uğradığına dair iddialar üzərinə araşdırma aparıldığını, həkim M.A-nın haqqında o dönəm təqib olunmamasına dair qərar verildiyi və sənəddən çıxarıldığı təsbit edilib.

Müstəntiq təcavüz və cinayət olayının M.A-nın əməliyyat otağında reallaşdırılmış olması və M.A-ya aid DNT örnəklərinin Irmağın alt paltarlarında, özəl nahiyəsində tapılması səbəbilə M.A haqqında Ədalət bakanlığına təqibsizlik qərarı qaldırılıb. Yenidən araşdırma başladılıb.