Hollandiya millisində Ryan Babel ve De Jong qalmaqalı - Qərar şok effekti yaratdı

2022 Futbol üzrə Dünya çempionatının seçmə oyunları ərəfəsində Hollandiyada ara qarışıb. Seçmə oyunlar çərçivəsində 24 mart tarixində Türkiyə millisi Niderland millisini qəbul edəcək.  Belə gərgin bir vaxtda Niderland millisinin texniki direktoru Frank de Boerin “qol  maşını” hesab edilən Vuut Veqhorstu komandadan çıxarıb, əvəzinə “Qalatasaray”lı Ryan Babel və “Sevilya”lı De Jonqu milli komandaya alması  Hollandiyada şok effekti yaradıb.

“Vuolsburq” forması ilə oynayan Vuut Veqhorst 33 oyunda 24 qolun müəllifidir. O, hazırda ən yaxşı hollandiyalı futbolçu hesab edilir.  Amma texniki direktor deyib ki, o, 2020 Avropa çempionatında Babel və De Jonq onun ən yaxşı “yol yoldaşı” olublar. Bu dəfə də o, yola onlarla davam edəcək. Niderland mediası isə texniki direktorun bu seçiminə ən sərt səzlərlə təpki verib:

“Vuut hazırda Niderlandın ən formada olan oyunçusudur, Babel isə Qalatasaray”da oynamır və daim müzakirə obyektidir. De Jonqun “Sevilya”dakı durumu da Babeldən seçilmir. Bu iki oyunçu Vuut Veqhorstun atdığı qollar qədər matça çıxmayıblar. Frank de Boer bu seçimi nəyə əsasən edir?! Həm də Türkiyə ilə oyuna çıxdığımız bir zamanda! ”. Texniki direktor isə bu qərarı heç də asan vermədiyini deyib.