Bakıda tuneldə qəza baş verib, ölən və xəsarət alanlar var - FOTO

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında köüpünün yuyan AAYDA-nin əməkdaşı Nizami Məmmədovu vurub. 
Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.  

Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nin əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.