Mətanət belə ər istəyir:"Kişi kimi kişi ol, əziyyət çək”

“Mən təmizlik xəstəsiyəm. Bunu tələb edirəm. Qarşıma çıxan insan çox fikirləşməlidir. Düşünməlidir ki, məni daşıya biləcək, ya yox. Dürüstlüyün,təmizliyin tərəfdarıyam”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Onun sirri” verlişində müğənni Mətanət Əsədova deyib. O  həyatından danışaraq bunları söyləyib:
“Həyatımda olan insan mənə niyə xəyanət etməlidir ki? Bir ay "ölürəm sənin üçün" deyib, sonra da xəyanət edəcək? Bu nəyə görə olmalıdır? İnanmıram mənə xəyanət edilsin. Məni qazanmaq çətindir, itirmək isə çox asan. 

Deyək ki, göz yumdum. Sabah efirə çıxdım, biri gəldi əlimdən tutdu. O göz yuma bilməyəcək. Hələ o fikirləşmir ki, mən müğənniyəm. İstəmirsən müğənnilik etməyimi apar evində otuzdur. Amma daşıya bil. Ümumiyyətlə, mənim olana cavabdehəm. İndi Leyli və Məcnun dövrü deyil.

Padşah şah dövrüdür. İndikilərdə sevgi nə gəzir? Hərə bir yer axtarır ki, sığınsın. İnsan kasıb da olar, fəhlə də işləyə bilər. Buna pis baxmıram. Mən yoxsulu da sevərəm, niyə də sevməyim? Kasıblıq onun  günahı deyil. Kişi kimi kişi ol, əziyyət çək”.