Pınar Dəniz Kanna səfər edir

Məşhur aktrisa Pınar Dəniz bu il 14-25 may tarixləri arasında keçiriləcək 77-ci Kann Film Festivalında qonaq olacaq.

Sherg.az xəbər verir ki, münsiflər heyətinə Barbi filminin rejissoru Qreta Qerviqin başçılıq etdiyi Kann Film Festivalı üçün geri sayım başlayıb. Bu il keçiriləcək 77-ci Kann Film Festivalının fəxri qonağı aktrisa Pınar Dəniz olacaq. Birsen Altuntaşın xəbərinə görə, Dəniz festivalda brend səfir kimi çıxış edəcək.

Ötənilki fəxri qonağı Hande Erçel olub.

Dəniz bundan əvvəl 75-ci Kann Film Festivalında iştirak etmişdi. Dəniz səfiri olduğu brendin nümayəndəsi kimi Kanna gedib. Məşhur aktrisa qırmızı xalçaya Özgür Masur imzalı libasda çıxıb.