Koronavirus oyuna çevrildi: "Ciddi siyasi, iqtisadi kataklizmlər..."


“İndi Amerikanın hədəfində olan London və dolayısı ilə Rotşild ailəsidir. Ötən il 9 apreldə ABŞ-ın xarici borcunun ilk dəfə 24 trilyon dollar olduğu açıqlandı”.
Bu sözləri siyasi analitik Tural İsmayılov deyib. 
O, “Sherg.az”a açıqlamasında bildirdi ki, koronavirus pandemiyasi ciddi siyasi kataklizmlərə səbəb olub:

“İşsizlik deyilənə görə, ilk dəfə 20 faizi keçib. İndi isə koronavirusu necə oyuna çevirdiklərinə diqqət edək: ABŞ 24 trilyonluq borcu qapatmaq üçün Pompeo və Trampın, senatorların tələbləri ilə Çinə qarşı təzminat iddiaları qaldırır. Eyni zamanda “BlackRock”, “Vanguard”, “State Street Group”, “JP Morgan”, “Goldman Sachs”, “Fidelity Investment” kimi qlobal iqtisadiyyat güclərinin London mərkəzli- deyilənə görə, Rotşild ailəsinə bağlı idarəçiliyinin ABŞ-a keçməsi üçün hər şey edilir. Nəticədə pandemiya bəlasının gələcəkdə  hansı siyasi və iqtisadi oyunlara səbəb olacağını hələ bilmirik…”.