Alıcılara xəbərdarlıq! Maşın bazarında yeni dələduzluq metodu...

Yayın gəlişi ilə əlaqədər olaraq Türkiyədə istifadə olunmuş, “ikinci əl” avtomobillərə tələbat artıb. Beləliklə, bazarda yeni dələduzluq metodları peyda olub. Bu barədə “Sherg.az” “Posta”ya istinadən xəbər verir.
Bildirilir ki, “Milliyət” qəzetinin jurnalisti Levent Köprülü alıcılara xəbərdarlıq edib: “Qəzaya uğramış maşınların sağlam hissələrini eyni modeldən olan başqası ilə qaynaq edirlər. Bu, çox zaman hiss edilməsə də, sürücülər üçün ciddi təhlükədir”.
Mütəxəssislər indiyədək bazarda analoji hadisələrlə dəfələrlə qarşılaşdıqlarını- qabağı və arxası fərqli illərə məxsus avtomobil gördüklərini deyiblər.