KİV: Trampın xüsusi nümayəndəsi Moskvada Putinlə görüşəcək

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya gedib.

APA xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Uitkoffun bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Qeyd edilib ki, bu, Putin və Uitkoff arasında üçüncü görüş olacaq.