Tramp: Müharibəni sona çatdırmaqla bağlı səylərimizi çətinləşdirərlərsə, ABŞ danışıqlardan uzaqlaşacaq

Rusiya və Ukrayna müharibəni sona çatdırmaq səylərini çətinləşdirərsə, ABŞ danışıqlardan uzaqlaşacaq. Amma ümid edirəm ki, bu baş verməyəcək.

Sherg.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

"Hazırda müharibəni bitirmək üçün  razılaşmaya nail olmaq şansımız yüksəkdir" , - o bildirib.

Ağ Ev rəhbəri, həmçinin ABŞ-nin artıq Ukraynaya hərbi dəstək verməyəcəyini qeyd edib.