ABŞ Ukrayna üzrə sülh planını təqdim etdi - Nələr təklif olunur?

ABŞ Ukraynadakı münaqişənin həlli ilə bağlı yeni sülh təşəbbüsü ilə çıxış edib

Teleqraf xəbər verir ki, bu barədə Bloomberq məlumat yayıb.

Nəşrin mənbələrə istinadla yazdığına görə, Vaşinqtonun təqdim etdiyi plan Rusiyanın hazırda nəzarət etdiyi ərazilərin Moskvada qalmasını və buna paralel olaraq Rusiya əleyhinə sanksiyaların yumşaldılmasını nəzərdə tutur.

Məlumatda qeyd olunur ki, ABŞ öz müttəfiqlərinə Rusiya və Ukrayna arasında sülh sazişinə dair bir sıra təkliflər təqdim edib. Bu təkliflər arasında uzunmüddətli atəşkəs əldə olunacağı təqdirdə hərbi əməliyyatların dayandırılması və Moskva ilə bağlı sanksiyaların mərhələli şəkildə aradan qaldırılması şərtləri də yer alıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin vitse-prezidenti Cey D. Vens də Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həllinə nikbin yanaşdıqlarını açıqlayıb.