Dünyanın ən varlı 10 şəxsi və sərvətləri açıqlanıb

“Nvidia” isə 4,292 trilyon dollar bazar dəyəri ilə dünyanın ən dəyərli şirkətidir

Dünyanın ən varlı 10 iş adamının sərvəti ilin əvvəlindən bəri 558,9 milyard dollar artıb. Tesla və SpaceXin sahibi Elon Mask 638 milyard dollar sərvəti ilə siyahının birincisidir.

Sherg.az xəbər verir ki, ikinci yerdə Googleın qurucusu Larry Page (265 milyard dollar), üçüncü yerdə isə Sergey Brin (247 milyard dollar) gəlir. Amazonun sahibi Jeff Bezos 246 milyard dollar sərvətə malikdir.

Oracleın qurucusu Larry Ellison 238 milyard, Metanın sahibi Mark Zukerberq 229 milyard, Fransız biznesmen Bernard Arnault 202 milyard dollar sərvətlə sıralanır. Siyahıda Steve Ballmer, Jensen Huanq və Varren Buffett də yer alır.

Texnologiya və yarımkeçirici sektoru dəyərlərindəki yüksək qiymətləndirmələrə baxmayaraq, “Nvidia” hazırda 4,292 trilyon dollar bazar dəyəri ilə dünyanın ən dəyərli şirkətidir.