Zelenski: Ukrayna ABŞ ilə təhlükəsizlik zəmanətlərinin şərtlərini...

Ukrayna Prezidenti Volodimir Zelenski Hollandiyanın Baş naziri Dik Şufla keçirdiyi mətbuat konfransında bildirib ki, təhlükəsizlik zəmanətlərinin şərtləri ABŞ ilə müzakirə edilməyib.

Teleqraf xəbər verir ki, bu barədə "RBC-Ukraine" məlumat yayıb.

"Təhlükəsizlik zəmanətlərinin nə qədər davam edəcəyini demək çətindir. Bu və ya digər zəmanətlərin müəyyən illərlə məhdudlaşdırılıb-məhdudlaşdırılmayacağını hələ müzakirə etməmişik", - Ukrayna lideri bildirib.

O, Konqresin ABŞ-nin təhlükəsizlik zəmanətlərini təsdiqləməsinin Ukrayna üçün vacib olduğunu vurğulayıb.

“Biz inanırıq ki, bu cür zəmanətlər təsirli olacaq. Hamımız Rusiyanın təcavüzkar olduğunu və bu və ya digər zəmanətlərin gələcəkdə rusları durdurmayacağını başa düşürük. Buna görə də bir ittifaqın olmasını və tərəfdaşlarımızın mümkün təcavüzə necə reaksiya verəcəyini bilmək istəyirik. Təcavüz təkrarlanacağı təqdirdə ABŞ, avropalı tərəfdaşlarımız hansı addımı atacaqlar? Mən ən sadə cavabları almaq və onların hüquqi cəhətdən məcburi formatla dəstəklənməsini istəyirəm”, - deyə Zelenski əlavə edib.