Bosniyada yeni müharibə siqnalları verilir
Bosniyaya qayıdan etnik serb millətçilərinin Ukraynada qazandıqları döyüş təcrübəsi və sosial medianın təsiri ilə gəncləri radikallaşdırdığı bildirilir. Sherg.az xəbər verir ki, ekspertlər kiçik bir qrupun belə Bosniyadakı sülhü təhdid edə biləcəyinə diqqət çəkir.
“The Telegraph” xəbər verir ki, etnik serb millətçilərdən ibarət yeni nəsil Bosniyada yeni müharibəyə hazırlaşır. Yüzlərlə militant “Böyük Rusiya”nın onlara qarşılıq verərək Kosovada itirilmiş serb torpaqlarını geri qaytarmağa kömək edəcəyinə inanaraq rus qoşunları ilə birlikdə Ukraynada döyüşmək üçün bölgəyə gedib.
Aralarında Bosniya müharibəsi veteranlarının da olduğu millətçilərin sosial mediadan istifadə edərək gənc serbləri Rusiyanın sıralarına qatılmağa təşviq etdiyi bildirilib. Bəzi hallarda Ukraynada döyüşmək müqabilində 23 min funt sterlinqədək ödəniş təklif edilib.
Rəsmilər qeyd edirlər ki, bu şəxslər Bosniyaya qayıtdıqda, müharibənin bitməsindən 30 il sonra yeni bir paramilitar qarşıdurmanı alovlandıra bilərlər.
Misal kimi Dario Ristic göstərilir. Protez ayağı ilə gəzən və yeni vətəndaşlıq sənədlərinə malik olan serb millətçisi Ristic, Rusiyanın Perm şəhərindən “Ayılar” adlı birlikdə Ukraynada döyüşərkən yaralanıb və sonra Bosniyaya qayıdıb.
Ukraynada “Speedy” ləqəbi ilə tanınan Ristic, Avdiivka kimi şəhərlərdə snayper və dron hücumları həyata keçirib. Sosial mediada fəal olan Ristic, döyüşü tərənnüm edən paylaşımlarla ölkəsində siyasi olaraq kənarda qalmış gənc serbləri təsir edir.
Risticin bağlı olduğu Rus birliyi, Bosniyalı müsəlmanlara qarşı törədilən müharibə cinayətlərinə görə Lahey məhkəməsində ömürlük həbsə məhkum edilmiş Ratko Mladiçə hətta ad günü kartı göndərib.
“Telegram”da yayımlanan videoda Ristic başqa bir serblə birlikdə belə deyib:
“Buradakı NATO faşistləri ilə işimiz bitəndən sonra geri dönüb müqəddəs yerlərimizi və bizə aid olanı geri alacağıq. Tanrıya şan, Böyük Rusiyaya şan, zəfərə!”
Bosniyaya qayıtdıqda Sarajevo hava limanında xarici paramilitar birliyə qatıldığı üçün həbs olunan Ristic sonradan ev həbsinə buraxılıb və məhkəmə prosesi tamamlanana qədər sərbəst qalmışdı.
Cəphə arxasında olsa da, Ristic hələ də 10 mindən çox onlayn izləyicisi ilə ciddi radikallaşma və təşkilatlanma riski olaraq qiymətləndirilir.
Bölgə analitikləri bildirir ki, bu aşırı qrupların ortaq inancı, Böyük Rusiyanın bir gün qana görə borcunu ödəyərək Böyük Serbiyanı bərpa etməyə kömək edəcəyidir. Sayları az olsa da, barışı təhdid etmək üçün çoxlu silahlı şəxsə ehtiyac yoxdur-dəqiq Şimali İrlandiyadakı köhnə IRA kimi.
Bu çevrələrdə ən təsirli fiqurlardan biri, izləyiciləri tərəfindən “Qurt” kimi tanınan Davor Savicićdir. 1990-cı illərdəki Yugoslaviya müharibələrində Arkanın Kaplanları adlı elit paramilitar birliyin üzvü olan Savicić, Rusiyanın müharibələrində iştirak edərək Krım və Suriyada döyüşüb, sonra dağıdılmış Vaqner qrupunun da üzvü olub.