
Millət vəkili: "Paylan və onun kimi daşnaklar xəstə ideologiyadan əl çəkmirlər"
09:20 05.02.2025
Aktual
643
"Onlar qonşularla konfrantasiya yolunu tutmaqla, xoşbəxtliklərini gah ruslara, amerikalılara, fransızlara sığınmaqda görürlər. Hər dəfə də burunları əzilib, özləri ziyan çəkiblər".
"Erməni əsilli sabiq deputat Qaro Paylanın Ermənstanda səsləndirdiyi fikirlər haqlı olaraq Azərbaycan və Türkiyə ictimaiyyətinin narazılığına səbəb olub. Bu, bir daha göstərdi ki, ermənilər tarixdən düzgün nəticə çıxarmaq istəmir".
Bu barədə "Sherg.az"a açıqlamasında Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, Paylan və onun kimi daşnaklar xəstə ideologiyadan əl çəkmirlər:

"Onlar qonşularla konfrantasiya yolunu tutmaqla, xoşbəxtliklərini gah ruslara, amerikalılara, fransızlara sığınmaqda görürlər. Hər dəfə də burunları əzilib, özləri ziyan çəkiblər. Bu zat, Türkiyə Böyük Millət Məclisində PKK-nın siyasi qanadı hesab olunan HDP-nin siyahısı ilə millət vəkili olub. Deputat olduğu vaxtlarda da, xarici ağalarının təhriki ilə, Türkiyə dövlətçiliyinə, ərazi bütövlüyünə yönəlik provakativ çıxışları ilə yadda qalıb. Xatirimdədir, belə çıxışların birində, qardaş ölkənin o zamankı xarici işlər naziri, Azərbaycanın dostu Mövlud Çavuşoğlu Paylanın cavabını layiqli şəkildə vermişdi. Doğulub, boya-başa çatdığı, bütün imtiyazlarından istifadə etdiyi dövlətə qarşı xəyanətkar mövqe tutan xəyanətkarlardan hər şey gözləmək olar. Yeri gəlmişkən, belə davranışlar Türkiyə ermənilərində genetik xarakter daşıyır. Uzun illər ərzində, saxta “genosid” ideyasını əllərində bayraq tutaraq, ən kiçik məsələlərlə belə Avropa Şurasına, BMT-na və digər beynəlxalq təşkilatlara şikayət etməklə, Türkiyə dövlətini təzyiq altında saxlamaq ermənilərin həyat tərzinə çevrilmişdi. Bu gün də, həmin siyasət aparılır. Ermənilər tarixi missiyalarını "şərəflə" yerinə yetirirlər".
Parlament üzvü vurğulayıb ki, Qaronun, “Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalamasının, sadəcə 3-5 il vaxt qazanmaq və revanş götürmək üçün lazımdır” kimi sərsəm fikirlərini səsləndirməsi təsadüfi deyil:
"Hər kəsə bəllidir ki, sülh müqaviləsinin əsasını təşkil edən 17 bənddən 15-i artıq razılaşdırılıb və yerdə qalan iki bəndlə də bağlı mövqelər uzlaşdırılır. Bu da, daxildəki daşnak-millətçiləri ilə yanaşı, xaricdəki diasporaları, lobbi təşkilatlarını ciddi şəkildə narahat edir. Söhbət böyük pullardan gedir. "Erməni məsələsi"nin gündəmdən çıxarılması, milyardlarla çirkli pulun əldən çıxması deməkdir. Ona görə də, Qaro Paylan kimi yaramazların əli ilə prosesi pozmağa cəhd edirlər. Əminəm ki, arzuları ürəklərində qalacaq. Toparlanıb, yenidən müharibəyə başlasalar, daha ağır məğlubiyyətə uğrayacaqlar. Burada, bizim çıxaracağımız bir nəticə var. Dünyada Qaro kimi xəstə, xam xəyallar quran ermənilərin sayı kifayət qədər çoxdur. Ona görə də, nə qədər ki, Ermənistan Konstitusiyasında dəyişikliklər etməyib, sülh müqaviləsini imzalamaq olmaz".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya