Sumqayıtda narkotik gənc oğlanı öldürdü


Sumqayıt sakini yüksək dozalı narkotikin təsirindən ölüb.

APA -nın yerli bürosunun verdiyi xəbərə görə, şəhər sakini, 24 yaşlı Qarabəyli Valeh Vidadi oğlunun meyiti Sumqayıtdakı zavodlardan birinin sanitar qovşağında aşkar edilib.

İlkin ehtimala görə, o, yüksək dozada narkotikin təsirindən ölüb.

Faktla bağlı araşdırma aparılır.