Türkiyədə yol qəzasında 2 məktəbli öldü

Türkiyədə Hakkari vilayətinin Dərəcik rayonunda orta məktəb şagirdlərini daşıyan mikroavtobus qəzaya uğrayıb.

APA -nın xəbərinə görə, mikroavtobusun aşması nəticəsində 2 məktəbli ölüb, 6-sı isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.