Rusiya azərbaycanlını qətlə yetirdiyinə görə həbs edilən Armen Arakelyanı Ermənistana ekstradisiya edir.
Axar.az xəbər verir ki, 18 il həbs cəzasına məhkum olunan Arakelyanın Ermənistana ekstradisiyasının 1-2 ay vaxt aparacağı vurğulanıb.
Qeyd edək ki, Armen Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə 18 il müddətinə azadlıqdan məhrum edilib. Arakleyan özünə məxsus kafedə azərbaycanlı ilə mübahisə edib. Kafedən çıxan azərbaycanlını izləyən Arakelyan avtomobil dayanacağında onun boğazını kəsib.
O, artıq 4 ildir Murmansk həbsxanasında cəza çəkir.