Laçın təlimi düşmənə “radar” işarəsidir:“Müqavilə pozulsa, müdaxilə..”

“Ermənistanın düz yanında iki dövlət, bir millətin təlimi düşmənə “həddini aşma!” deməkdir”

“Əks halda olacaqlar məlumdur. Ermənistandakı siyasətçilər artıq anlamalıdırlar ki, Azərbaycanı məğlub edəcək gücləri yoxdur. Tamamilə tükəniblər, yolun sonuna gəliblər”

“Müqavilə pozulsa, yeni bir müharibə başlasa, ordumuzun istiqaməti Zəngəzur olacaq”


“Ermənistan 10 noyabr üçtərəfli razılaşmasının nə demək olduğunu hələ də anlamayıb. Ölkədəki ruspərəstlər, o cümlədən “Qarabağ klanı” baş nazir Nikol Paşinyanın imzalamağa məcbur qaldığı müqaviləni qəbul etmək istəmir”.
 Bu sözləri Laçında Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri barədə “Sherg.az”a danışan türkiyəli ehtiyatda olan general Osman Qazi Kandemir deyib.
Generalın sözlərinə görə, hazırlıqlar təkcə hərbi əhəmiyyətli deyil:

 “Ermənilər məğlubiyyəti qəbul etmək istəmirlər. Çünki onlar iki yüz ildir rusların və başqalarının türk düşmənliyindən yararlanaraq irəlilədilər. Düşmənlər ilk dəfə idi ki, işğal etdikləri torpaqlardan çıxmalı oldular. Qaçqın vəziyyətinə salınan, yurd-yuvalarından didərgin salınan türklər ilk dəfə evlərinə qayıtdılar. Bu məqsədlə 10 noyabr razılığını pozmaq istəyənlər var. Dediyim kimi, xüsusilə ruspərəstlər bunun üçün təxribatlar törədirlər. Onlara “alovla oynadıqlarını” başa salmaq lazımdır. Bu baxımdan Azərbaycan və Türkiyənin Laçında birgə təlimləri siyasi önəm daşıyır.”

 O.Q. Kandemirin fikrincə, təlimlər düşmənə “radar” işarəsidir:

“Mesaj budur: müqavilə pozulsa, iki qardaş dövlət müdaxilə edəcək. Ermənistanın düz yanında iki dövlət, bir millətin təlimi düşmənə “həddini aşma!” deməkdir. Əks halda olacaqlar məlumdur. Ermənistandakı siyasətçilər artıq anlamalıdırlar ki, Azərbaycanı məğlub edəcək gücləri yoxdur. Tamamilə tükəniblər, yolun sonuna gəliblər.

Müqavilə pozulsa, yeni bir müharibə başlasa, ordumuzun istiqaməti Zəngəzur olacaq.

Bu dəfə Azərbaycanla Naxçıvanın birləşməsini və oradan Türkiyə ilə quru yolun bərpasına kimsə mane ola bilməyəcək. Beləliklə, Zəngəzur da azad olacaq. Azərbaycanın bunu edəcək gücü var. Ermənistan ağıllı davranmalı, sülhə xidmət etməlidir. Bu, ən çox özlərinə xeyirdir”.