Bakıda açıq-saçıq geyimli qadın: Cəmiyyət 2 cəbhəyə bölündü - VİDEO

Bakıda mağazalardan birində qeyri-adi hadisə yaşanıb. Alıcılardan biri müştərinin açıq-saçıq geyiminə görə onu mağazadan qovub. Görüntülər sosial şəbəkələrdə yayılıb.

Sosioloq Lalə Mehralı  "Sherg.az"a bildirib ki, cəmiyyət bu məsələdə 2 cəbhəyə bölünüb: 

“Bir qism insan qızın hüquqlarının pozulduğunu, bir qism insan isə ictimaiyyət içərisində bu cür geyimdə gəzmənin normal olmadığını deyir. Əslində hər iki tərəf özlüyündə özünə haqq qazandırır. Kənardan baxanda hardasa hər ikisində də haqlı görmək olur. Xanıma təhqir tərzdə irad göstərilməməli idi. Mənim şəxsi düşüncəmə görə o normal geyim deyildi. Ancaq xanım da harada yaşadığını bilməli və buna uyğun geyinməlidir. Cəmiyyətdə reaksiya doğuracağını bilərək bu cür geyinibsə,  reaksiyalara da hazır olmalıdır. Görünür ki, xanım bu reaksiyalara hazır imiş, ona görə də mağazadan qovan qadına cavab vermir. Bizim ölkədə bu cür geyim insanlar tərəfindən gördüyümüz kimi birmənalı  qarşılanmır. Əslində bir qədər mühafizəkar ölkələrdə bu geyim tərzi tamamilə normaldır. Mənim düşüncəmə görə xanımın geyimi vulqar geyim tərzi idi. Normal qarşılanacaq tərz deyil. Xanımı oradan qovan qadın da o haqq olmalı deyil ki, kimisə o cür formada təhqir edib dükandan  qovasan. Belə məsələlərdə qızıl ortanı tapmaq lazımdır. Hər iki tərəfdə bir-birini başa düşməlidir. İkinci tərəf isə təhqir üçün özündə ifrat haqlılıq görməməlidir”.