İtaliyanın Antalyada fəxri konsulluğu açılıb


İtaliyanın Türkiyənin Antalya şəhərində fəxri konsulluğu açılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran tviter hesabında yazıb.

“Nazirimiz Mövlud Çavuşoğlu fəxri konsulluğun açılışını həyata keçirdi. Fəxri konsulumuz Ramazan Üçdana fəaliyyətində uğurlar arzulayırıq”, - o qeyd edib.