Yazıçılardan Məmmədyarova:“Alqışlayıram, belə kitabı hər kəs yazmalıdır"

Şərif Ağayar: “Elmar müəllimin bu təşəbbüsünü alqışlayıram. Məncə, belə kitabları hər kəs yazmalıdır”

Aqşin Yenisey: “Yaxın tariximizin uzun illərinə aid faktları birinci əldən oxumaq maraqlı olardı"


Sabiq xarici işlər naziri Elmar Məmmədyarov "news24.az"a verdiyi müsahibədə yaxşı redaktor axtardığını deyib. Keçmiş nazir bildirib:
"Nazir vəzifəsində işlədiyim 17 ilə yaxın müddət ərzində çıxışlar, müsahibələr və məqalələrimin toplusu olaraq, bir kitab nəşr etmək istəyirəm. Bunun üçün yaxşı redaktor axtarıram ki, həmin adam mənə kömək etsin".
Tanınmış yazıçı Şərif Ağayar "Sherg.az"a açıqlamasında bildirib ki, özü E.Məmmədyarova redaktə etməyi təklif edir: 
"Kitab Azərbaycan dilində olacaqsa, göndərsin, redaktə edim. Heç bir problem yoxdur. Elmar müəllimin bu təşəbbüsünü alqışlayıram. Məncə, belə kitabları bütün tanınmış və məsul vəzifədə işləmiş hər kəs yazmalıdır". 
Tanınmış şair Aqşin Yenisey diqqətə çatdırıb ki, ona müraciət edən olmayıb:
"Təklif etsə, bu çətin işi yüksək qonorar qarşılığında öhdəmə götürə bilərəm. Həm də yaxın tariximizin uzun illərinə aid faktları birinci əldən oxumaq maraqlı olardı".