Ermənistanın bizə buraxdığı son variant: antiterror əməliyyatları... 

"Sülh sazişinin imzalanması nəzərdə tutuluğu gərgin bir ərəfədən keçirik. Ermənistan sülh sazişi təkliflərini qəbul etmir. Qarabağ iqtisadi bölgəsində yaşayan ermənilər separatçı rejimin rəhbərliyi öncəliyində inteqrasiya təkliflərini də qəbul etmir. Bir sözlə, siyasi dialoqlar kriz mərhələsindədir".
Bunu “Sherg.az”a Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərimizi atəşə tutmasından danışarkən hərbi ekspert Elxan Şıxəliyev deyib.
E.Şıxəliyev bildirib ki, diplomatiya nəticə verməyəndə silahlar danışır:

"Ermənistan tərəfi atəşkəsi pozmağın “doza”sını artıracaq. Bu, sadəcə konflikt yaradıb, sülh sazişindən yayınmaq cəhdidir. Avropa İttifaqının mülki missiyasının Ermənistana gələndən bəri atəşkəsi pozmağın sayını çoxaldıb. Çünki missiyanı gətirməkdə məqsəd şərti sərhəddə atəşkəsin pozulmasını sənədləşdirməkdir. Sonrakı mərhələdə isə Avropadakı siyasi intitutlarda Azərbaycana qarşı təyziq vasitəsi istifadə etmək niyyətindədirlər. Müdafiə Nazirliyi də Ermənistanın bilərəkdən atəşkəsi pozduğunu təsdiqlədi. 
Həm şərti sərhəddə, həm də Qarabağ iqtisadi bölgəsindəki gərginlik pik həddədir".
Hərbi ekspertin qənaətincə, 44 günlük müharibədən sonra əsir götürülməyən, məhv etmədiyimiz qeyri-qanuni silahlı birləşmələr Rusiya sülhməramlılarının çətiri altındadılar:

"Hərbçilərimizi öz ərazimizdə şəhid edəcək cəsarətə gəliblər. Antiterror əməliyyatlarının keçirilməsi ermənilərin bizə buraxdığı son variantdır. Təklifləri, inteqrasiya prosesini qəbul etmirlər, atəşkəsi pozurlar. Ərazilərimizi minalayırlar. Terrorçuların Qarabağa gəlməsinə şərait yaradırlar. Qarabağ bölgəsində səbrimiz tükənməz üzrədir. Xarici işlər nazirliyinin erməni təxribatına qarşı verdiyi bəyanatlar antiterror əməliyyatı öncəsi xəbərdarlıqdır".

Qeyd edək ki, martın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəş açıb. 

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri  adekvat cavab tədbirləri görüb.