“Research.com” reytinqini açıqladı: azərbaycanlı alim 8-ci yerdə...

Tədqiqatçılar üçün aparıcı akademik platforma olan “Research.com” Mexanika və Aerokosmik Mühəndislik sahəsində Ən Yaxşı Alimlər Reytinqininin 2023-cü il buraxılışını nəşr edib.
“Sherg.az” xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı alim Abdullah Sofiyev 
Türkiyədə 8-ci, dünyada isə 1287-ci yerdə qərarlaşıb.

Bu barədə “Research.com” dəyərli alimimiz A.Sofiyevə təbrik ünvanlanıb. Təbrik məktubunda deyilir:

Reytinq D-index (Discipline H-index) metrikasına əsaslanır, bu metrikaya yalnız araşdırılan fən üçün sənədlər və sitat qiymətləri yer alır. Reytinqdə yalnız Mexanika və Aerokosmik Mühəndislik sahəsində edilən akademik nəşrlər üçün ən azı 30 D indeksinə malik aparıcı alimlər daxildir.
Türkiyə üzrə tam reytinqlə burada tanış olmaq olar: https://research.com/scientists-rankings/mechanical-and-aerospace-engineering/tr
Reytinqimizdəki statistik məlumatları və tendensiyaları ümumiləşdirən məqaləni burada oxumaqdan çəkinməyin: https://research.com/careers/best-mechanical-aerospace-engineering-scientists-2023-report

Xahiş edirik, səmimi təbriklərimizi qəbul edin. Yüksək reytinq izin və universitetiniz və ya tədqiqat müəssisəniz üçün mütləq böyük nailiyyətdir. Nailiyyətlərinizi uyğun gördüyünüz şəkildə paylaşmaqdan və ictimailəşdirməkdən çekinməyin”.