Ərdoğan İlham Əliyev və Mehriban Əliyeva ilə görüşdü 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında təşkil edilən andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüb.
Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün bu gün Ankaraya yollanıblar.