Tehranın Fərid  Səfərlini "casusluq" ittihamı ilə həbs etməsi gözlənilən idi  - Ekspert

"Tehran üç ay öncə İranda yoxa çıxan Fərid Səfərlinin "casusluq" ittihamı ilə həbs olunduğunu rəsmi şəkildə bildirdi".

"Sherg.az"ın xəbərinə görə, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. 

Ekspert bildirib ki, belə olduğu gözlənilən idi: 

"Lakin vətəndaşımızın itkin düşməsi ilə bağlı Azərbaycan XİN-in üç ay öncə ünvanladığı müraciətə İranın niyə indi, İsrail prezidentinin Bakı səfərindən sonra cavab verməsi və “casusluq” ittihamını elan etməsi təsadüfi deyil. Bir neçə gün öncə Qərbi Azərbaycan vilayətində “sionist qruplaşma” saxladılar. Ardınca F.Səfərliyə qarşı ittihamları bəlli oldu. İranın “İsrail İrana qarşı hücumları Azərbaycandan həyata keçirir” iddialarını yenidən tirajlamaq üçün “əsaslar” formalaşdırdıqları istisna deyil. Fərid Səfərlidən də bu prosesdə “sübut kimi” istifadə edə bilərlər".